Nazir Pərviz Şahbazov energetika müəssisələrinin fəaliyyəti ilə tanış oldu

18:07 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov energetika sektorunda bir sıra qabaqcıl müəssisələrin fəaliyyəti ilə tanış olub.

İdarənin məlumatında deyildiyi kimi, nazir 780 meqavat gücə malik “Cənub” Elektrik Stansiyasının işi ilə tanış olub.

“Energetika naziri həmçinin yağ və quru tipli transformatorlar istehsal edən “ATEF Şirkətlər Qrupu” MMC,  Bakı və Abşeronun enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Səngəçal Elektrik Stansiyası”nın fəaliyyəti ilə tanış  olub”, - məlumatda belə deyilir.

Həmçinin məlumatda qeyd edilir ki, nazir “Səngəçal” terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsinə də baş çəkib. Nazirə bildirilib ki,  ərazidə işlər yekunlaşmaq üzrədir,  genişləndirmə tədbirləri ildə əlavə 16 milyard kubmetr qaz emalına imkan yaradıb. Nazir həmçinin fəaliyyətin gedişatı ilə tanış olub, Bakı İstilik Elektrik Mərkəzində müvafiq tapşırıqlar verib.

 

Other news