Nazirlik avtomobillər alır- Tender

11:19 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi mühərriki 95 a.g qüvvəsi olan 4 ədəd minik avtomobilinin satınalınması üzrə tender elan edir. Tenderdə iştirak haqqı 150 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 26 noyabr 2019-cu il saat 11.00-a , tender təklifini isə 04 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 05 dekabr 2019-cu il saat 11.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 04.11.2019 16:23 tarixindən sonra əldə etmək olar.

Əlaqələndirici şəxs - Rövşən Əliyev

Təsərrüfat şöbəsinin baş məsləhətçisi

Telefon: (012) 498-89-14)(1216)

 

Other news