Mexaniki sayğaclarla bağlı “Azəriqaz”-dan AÇIQLAMA

15:59 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bir sıra media orqanlarında yeni nəsil smart tipli sayğaclardan imtina barədə qərar verildiyi barədə məlumatlar yayılıb. Məsələyə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən reaksiya özünü çox gözlətməyib.

 Qurumdan ABC.AZ-a daxil olan məlumatda Birlik əslində maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaltdığını açıqlayıb. Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.

Bununla yanaşı mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur. 

Bəzi mətbuat orqanlarında “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər də düzgün yanaşma deyil. Çünki “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır.

Müəllif: Elmir Murad

 

Other news