Milli Məclisdə müzakirə olunacaq layihələr açıqlandı - SİYAHI

16:04 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Noybarın 26-da Milli Məclisin plenar iclasında 2020-ci il üçün büdcə zərfinə daxil olan sənədlərin II oxunuşda müzakirə olunacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, büdcə zərfinə bir sıra layihələr daxildir və sözügedən tarixdə müzakirə olunacaq məsələlər artıq açıqlanıb.

Bunlar "2020-ci il dövlət büdcəsi haqqında", "2020-ci il üçün yaşayış minimumu haqqında", "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında", "Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihələridir.

Müəllif: Elmir Murad

 

Other news