“Paşa Yatırım Bankası”-nin istiqrazları listinqə daxil edilib - Bakı Fond Birjasında

17:26 - 15.11.2019


15 noyabr, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) 2 (iki) müxtəlif buraxılışlı istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və 18 noyabr 2019-cu il tarixində təkrar bazarda ticarətinə başlanılacaq.

ABC.AZ xəbər verir ki, faizli, təmin olunmamış istiqrazların emissiya həcmi 25 000 000 ABŞ dollarıdır. İstiqrazların nominal dəyəri isə 1000 dolları, faiz gəliri 2,95 %, ödəmə tarixi 2022-ci ilin 17 aprelinə qədərdir. Anderrayter  Paşa Kapital İŞ QSC-dir

Qeyd edək ki, “Paşa Yatırım Bankası”Anonim şirkətinin istiqrazları ilk dəfə olaraq 13 avqust 2018-ci ildə  BFB-də əsas bazar seqmentində listinqə alınıb.

Müəllif: Elmir Murad

 

Other news