Əməliyyatlarının həcmi böyük olan investisiya şirkətləri - SİYAHI

12:09 - 19.11.2019


19 noyabr, Fineko/abc.az. Bakı Fond Birjasında 2019-cu ilin yanvar-oktyabr ayları üçün ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.

ABC.AZ xəbər verir ki, cəmi əməliyyatların həcminə görə, birinci yerdə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb.

Belə ki sözügedən dövrdə investisiya şirkətin nə az, nə çox düz 7 milyard 442 milyon 430 min 606 manatlıq dövriyyəsi qeydə alınıb. Bu göstəriciyə görə, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dən sonra "AzFinance İnvestisiya Şirkəti" QSC gəlir. Adıçəkilən investisiya şirkətinin bəhs olunan dövrdə cəmi əməliyyatlarının həcmi 3 milyard 180 milyon 880 min 863 manat olub ki, bu da ikinci yer deməkdir. Üçünücü yerdə 1 milyard 562 milyon 246 min 514 manatlıq dövriyyə ilə "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Dördüncü yerdə qərarlaşan "İnvest-Az İnvestisiya Şirkəti" QSC sözügedən dövrdə 1 milyard 225 milyon 420 min 842 manatlıq dövriyyə edə bilib. Cəmi əməliyyatların həcminin çoxluğuna görə, 5-ci yerdə isə "Unicapital İnvestisiya Şirkəti" ASC-dir və adıçəkilən investisiya şirkəti bu dövrdə 585 milyon 830 min 207 manatlıq dövriyyə edib.

Müəllif: Elmir Murad

 

Other news