"LUKOYL-Azərbaycan" - da yeni TƏYİNAT

12:41 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Zaur Cəlilov "LUKOYL-Azərbaycan" QSC-nin baş direktoru təyin olunub. 

Rusiyanın “LUKOİL” şirkətinin məlumatına əsasən, 2019-cu ilin oktyabrın 25-də “LUKOİL-Azərbaycan” QSC-nin yeni baş direktoru təyin olunan Zaur Cəlilov bundan öncə LUKOIL Italia S.r.l. (Roma) şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.

Zaur Cəlilov yeni vəzifədə Aydar Abdullini əvəz edib. Öz növbəsində Abdullin isə "LUKOİL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyinat alıb.

Qeyd edilib ki, yeni təyinatlar “LUKOİL” PSC-nin şəxsi heyətin idarə olunması törəmə müəssisə rəhbərlərinin kadrların rotasiyası praktikasına əsasən aparılıb. 

Yeni baş direktorun təyin olunması “LUKOİL-Azərbaycan” QSC-nin fəaliyyətinin təkmilləşdirilməsinə və şirkətin “LUKOİL” Qrupunun standartlarına tam uyğunlaşdırılmasına hədəflənib.

Qeyd edək ki, Zaur Cəlilov Azərbaycan Dövlət Neft Akademiyası və Milan Dövlət Universitetində magistratura üzrə təhsil alıb.

“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və hazırda ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.

 

Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOİL” brendi altında fəaliyyət göstərir.

Other news