Banklara məxsus olan ofis və bağ evi satışa çıxarıldı

12:54 - 19.12.2017


19 dekabr, Fineko/abc.az. Azərbaycanın  Əmanətlərin Sığortalanması Fondu (ADIF), Xammal və Əmtəə Birjası vasitəsilə ləğvetmə prosesində olan bir sıra bankın balansında olan əmlakı satışa çıxarıb.

Satışa çıxarılan əmlaklar sırasında ləğvetmə prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evi vardır.

“Kredobank”ın satışa çıxarılan əmlakı onun filial ofislərindən biridir. Ofisin ilkin satış qiyməti 250 250 manat təşkil edir.

“Texnikabank”a aid olan bağ evinin ilkin lot üzrə qiyməti isə 150 150 manatdır.

 

 

Other news