330x110
 

Neftin qiyməti kəskin artdı, Azeri Light 1,84% bahalaşdı

21.11.2019,10:25


21 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $1,22 (1,84%) artaraq bir barelə $67,54  təşkil edib.

Neftin etalon markalarının qiymətləri, ötən günkü xeyli artmadan sonra cümə axşamı günü enir.

Noyabrın  20-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $1,49 (2,45%) artaraq bir barelə $62,40 təşkil etmişdir.

Brent markalı neftin yanvar fyuçersi saat 9:20-də $0,20 (0,32%) azalaraq bir barelə $62,20 təşkil edib.

NYMEX birjasında noyabrın 20-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $1,66 (3%) artaraq bir barelə $57,01 təşkil etmişdir.

WTI markalı neftin yanvar fyuçersi  saat 9:20-də $0,14 (0,25%) azalaraq bir barelə $56,67 təşkil etmişdir.