Azərbaycan nəqliyyat və informasiya texnologiyaları sahəsində layihələrin həyata keçirilməsi üçün Amerika şirkətlərini tenderlərdə iştirak etməyə dəvət etdi

15:17 - 19.12.2017


19 dekabr, Fineko/abc.az.  Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  naziri Ramin Quluzadə Azərbaycan Amerika Ticarət Palatası (Amcham)  tərəfindən təşkil edilmiş işgüzar naharda iştirak edib.

Nazir Ramin Quluzadənin sözlərinə əsasən, idarə nəqliyyat və yüksək texnologiyalar sahəsində bir sıra layihə reallaşdırır. 

“Bu layihələrin reallaşdırılması üçün nazirlik, kifayət qədər şəffaf keçirilən  tenderlər elan edir. Biz bu məsələdə açıqıq. Amerika şirkətləri daxil olmaqla,  bütün xarici şirkətlər bu tenderlərdə iştirak edə bilər”, - deyə nazir bildirdi.

 

 

Other news