“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər

11:28 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. OPEC və tərəfdaşları (“OPEC plus”) dekabrda neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər.

Xəbər verilir ki, hazırda neft bazarının diqqəti gələn ayın əvvəlində keçiriləcək “OPEC plus” ölkələrinin toplantısına yönəlib. OPEC hasilatı daha da azaltmaq niyyətində deyil. Çünki kartelə üzv bəzi ölkələrdəki siyasi böhran tədarük üçün təhlükə yaradır.

OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatını daha çox azaldıb-azaltmayacaqları ilə bağlı fikirlər isə müxtəlifdir. Bir qrup analitikə görə, OPEC dekabrdakı yığıncaqda istehsalın daha çox azaldılmasını qiymətləndirəcək.

Ekspertlərin fikrincə, “OPEC plus” koalisiyasının neft hasilatının azalmasını daha da dərinləşdirməməsi bazarda tədarük bolluğu yaradacaq, nəticədə “Brent” markalı xam neftin qiyməti təxminən 30 faiz bahalaşa bilər.

Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

 

© Azertag.az

Other news