Mənzil kirayə götürdükdən sonra ona necə sahib olmaq olacaq? – Ekspertdən Cavab

11:49 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi gələn ayın ikinci yarısından kirayə mənzillərə müraciət başalayacaq. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşımızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib ola biləcək. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər.

ABC.AZ xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov məsələyə münasibət bildirərək, vacib məqamlara toxunub. Həmin məqamlardan bir neçəsini sizə təqdim edirik:

1.    Hansı sənədlər tələb olunur? Müraciət edən şəxs elektron və Asan imzaya malik olmaqla öznnə elektron kabinet yaratmalıdır. Kabinet yaradan zaman o özü ilə bağlı məlumatları elektron daxil edə biləcək. Bunu müraciət başlayan zaman ASAN xidmətə müraciət etməklə qısa zaman həll etmək olar. Bu prosesi keçən və müsbət cavab alan vətəndaş fonda şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri) və gəlirlərini təsdiq edən sənədləri təqdim etməlidir. Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, amma fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar da evlərə müraciət edə biləcək. Bu zaman onlar Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər. Fond müraciətə müsbət cavab verdikdən sonra sonuncu mərhələ müqavilənin bağlanmasıdır.

2. Kirayə evlərə necə müraciət etmək olar? Kirayə evlərə ASAN xidmət və ya elektron ipoteka portalı vasitəsi ilə müraciət etmək mümkün olacaq.

3. Kimlər kirayə mənzilə sahib ola bilər? Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Məhkumluğu olmaması da şərtlər siyahısındadır.

Müəllif: Elmir Murad

 

Other news