Nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı azalıb - Səfər Mehdiyev

14:26 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Bu il də gömrük sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb.

ABC.AZ xəbər verir ki, bunu noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə təşkil edilən görüşdə deyib.

O bildirib ki, risklərin idarəedilməsi mərkəzlərinin yaradılması ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Müəllif: Elmir Murad

 

Other news