Azərbaycan 1,5 milyard dollarlıq ixrac sifarişi alıb - Azexport.az portalı ilə

11:50 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. "Azexport.az" portalı ilə alınan sifarişlərin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, sifarişlərin həcmini "World E-Commerce Eurasia 2019" Bakı forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Bir sıra məsələlərdən, o cümlədən elektron ticarətin inkişaf istiqamətlərindən danışan V.Qasımlı bildirib ki, indiyədək "Azexport.az" portalı 1,5 milyard dollarlıq ixrac sifarişi alıb.

 

Müəllif: Elmir Murad

Other news