İxracımızda informasiya və rabitə texnologiyaları məhsullarının çəkisi artır? - Vüsal Qasımlıdan açıqlama

12:30 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. Azərbaycanda Azexport.az portalının sahibkarlar üçün "ixrac çekap"ı olduğunu vurğulayıb.

ABC.AZ xəbər verir ki, bunu Bakıda "World E-Commerce Eurasia 2019 Baku Forum"-unda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib.

 Onun sözlərinə görə, adıçəkilən portal "amazon.com", "alibaba.com", "all.biz", "Go4worldbusiness.com" kimi dünyanı əhatə edən və geniş auditoriyaya malik olan bir çox portallara inteqrasiya edilib: "Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. İnformasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən artıq inkişaf edib. 2019-cu ilin yanvar-sentyabr aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur".

 

Müəllif: Elmir Murad

 

Other news