“SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

26.11.2019,15:37


26 noyabr, Fineko/abc.az. “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

Bu barədə “SOCAR Petroleum” QSC məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Yevlax-Zaqatala yolu istiqamətində, Şəki şəhərinin sonuncu kəndi sayılan Çayqaraqoyunlu kəndi ərazisində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.