Dollar niyə bahalaşır? – Ekspert rəyi

15:40 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşıb.

ABC.AZ xəbər verir ki, ekspertlər bunu noyabrda ticarət aktivliyinin azalması ilə əlaqələndirir.

Belə ki, ticarətin fəallığının azalması, həm də dolların aktivliyinin aşağı düşməsi deməkdir.

Ehtimallara görə, dolların qiymətlərində aktivliyin azalması, investorların buaralar ehtiyatlı davranmaları, biraz daha çəkingən olmaları ilə bağlıdır. Mütəxəssislərin fikrincə, belə davam edərsə dollarda bahalaşma son iki ilin maksimumuna kimi sürətlənə bilər.

Müəllif: Elmir Murad

 

Other news