Neft ucuzlaşır, Azeri Light-ın qiyməti 0,12% azaldı

10:08 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,08 (0,12%) enərək bir barelə $67,86  təşkil edib.

Neftin etalon markalarının qiymətləri, cümə günü ticarətində enir, lakin növbəti həftə artımla yekunlaşa bilər.

Noyabrın  28-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,3 (0,19%) azalaraq bir barelə $63,87 təşkil etmişdir.

Brent markalı neftin yanvar fyuçersi saat 9:20-də $0,32 (0,5%) azalaraq bir barelə $63,55 təşkil edib.

Cümə axşamı günü qeyd edilən Şükran günü münasibəti ilə, NYMEX birjasında ticarət keçirilməmişdir.

WTI markalı neftin yanvar fyuçersi  saat 9:20-də $0,17 (0,29%) azalaraq bir barelə $57,94 təşkil etmişdir.

Cari həftənin əvvəlindən başlayaraq Brent və WTI  0,4% bahalaşmışdır.

 

Other news