330x110
 

AHK Azərbaycan İdarə heyətinin yeni üzvlərini seçib

29.11.2019,10:24


29 noyabr, Fineko/abc.az. 28 noyabr 2019-cu il  tarixində  Fairmont Baku Hotel, Nizami Gəncəvi zalında Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Üzvlər Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağında AHK Azərbaycanın son ildə keçirtdiyi tədbirləri  və  nailiyyətləri müzakirə  olunub.  Həmçinin,  Üzvlər Yığıncağında Palatanın  İdarə heyətinin yeni üzvləri seçilib.

Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədr müavini cənab Fərid İsayev görüşün  proqramını qısa şəkildə  iştirakçılara təqdim edib.  AHK üzvlərini salamlayan  Almaniyanın Azərbaycandaki Səfiri cənab Volfqanq Maniq Almaniya Səfirliyindən olan yeniliklər ilə paylaşıb və AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti  haqqında qısa hesabat ilə çıxış edib.

Üzvlərin  Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və  seçki  komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər.

Aşağıda AHK Azərbaycanın İdarə heyətinin yeni üzvləri ilə tanış ola bilərsiniz.

cənab Fərid İsayev - KPMG Azerbaijan Ltd şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri

cənab Valter Gag - Hyatt Regency Baku Hotelin Baş direktoru

cənab Anar Hasanov - AccessBank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru

cənab Əliyar Həshimli - Weidmüller Interface GmbH & Co. KG şirkətinin Xəzər dənizi regionu

ölkələrinin biznesin inkişafı üzrə Meneceri

Dr Michael Hilmer - Uniper Global Commodities SE şirkətinin Cənub regionu ölkələrinin qaz

təchizatı üzrə Vitse-Prezidenti,

Dr Henninq Sasse - NORM LLC şirkətinin Baş İcraçı Direktoru

cənab Tobias Baumann - AHK Azərbaycanın İcraçı Direktoru

İdarə heyəti üç il müddətinə təyin olunur.

Bundan sonra, AHK Azərbaycan-ın yeni üzvləri təqdim olunub və tədbir axşam yeməyi ilə

yekunlaşıb.

 

AHK Azərbaycan haqqında:

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman  iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə  bazar və  biznes araşdırmaları ilə  bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqından (DAWF) yaradılmışdır. 140-dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin geniş çeşiddə etibarlı biznes və hüquqi xidmətlər təklif edir.