OPEC: Neft bazarı hazırkı istehsal səviyyələri ilə 2020-ci ildə daha balanslaşdırılmış olacaq

11:28 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. OPEC hazırkı hasilat səviyyələrinin qorunacağı təqdirdə 2020-ci ildə neft bazarının sabitləşəcəyini gözləyir.

OPEC-in bu proqnozu kartelin gələn həftəki toplantıda mövcud istehsal məhdudiyyətlərini qoruyacağına dair bir işarə kimi qəbul edilir.

OPEC-in İqtisadi Komissiyasında təqdim olunan məlumatlar, 2020-ci ilin ilk yarısında tədarük bolluğunun son 6 aydakı təklif çatışmazlığı ilə kompensasiya edildiyini göstərir.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

© Azertag.az

Other news