Bankomatların sayı artıb – Statistika

14:48 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. Oktyabrda bankların bankomatlarının sayı 20 ədəd artaraq 2612-yə çatıb. Mərkəzi Bank ötən ayın statistik göstəricilərini açıqlayıb.

ABC.AZ sözügedən statistikaya istinadən xəbər verir ki, oktyabr ayında bankların bankomatlarının sayı 20 ədəd artaraq 2612-yə çatıb.Bu isə o deməkdir ki, ötən ilin sonu ilə müqayisədə bankomatların sayı 110 ədəd çoxalıb.

2016-cı ilin oktyabr ayının sonunda Azərbaycan banklarının bankomatlarının sayı ən yüksək səviyyədə - 2711 ədəd təşkil etmişdi. Sonrakı dövrdə bir neçə bankın lisenziyasının ləğv edilməsi ilə əlaqədar olaraq bankomatların sayı 2017-ci ilin sonunda 2431 ədədək azalmışdı. Bu minimum səviyyə ilə müqayisədə bankomatların sayı 181 ədəd artıb.

Müəllif: Elmir Murad

 

Other news