"Bank VTB Azərbaycan" da restaylinqə başladı – Tender elan edib

16:29 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. “Bank VTB Azərbaycan” ASC restaylinq (imic dəyişimi) həyata keçirir.

Bu barədə ABC.AZ-a bankdan bildirilib.

Bankdan verilən məlumata görə, artıq restaylinq çərçivəsində 4 ofisdə yeniliklər tətbiq olunub və bu istiqamətdə işlər davam etdirilir. “Prosesin davamı olaraq “Bank VTB Azərbaycan” ASC-nin baş ofisində də imic dəyişikliyi həyata keçiriləcək” deyə bankdan bildirilib.

Qeyd edək ki, sözügedən proseslə bağlı bank tərəfindən tender də elan olunub.

Müəllif: Elmir Murad

 

Other news