“Amrah Sığorta” şirkətinin yığımları xeyli azalıb – 30 faizə yaxın

17:20 - 2.12.2019


2 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-oktyabr ayları üzrə sığorta şirkətlərinin maliyyə göstəricilərini açıqlayıb.

 ABC.AZ göstəricilərə istinadən xəbər verir ki, “Amrah Sığorta” şirkətinin yığımları azalıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında “Amrah Sığorta” tərəfindən 509 min manat həcmində sığorta haqqı toplanmışdırsa, bu ilin analoji dövründə bu rəqəm 111 min manat və ya 28% azalaraq 398 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Other news