Neft ABŞ-da ehtiyatların azalması barədə məlumatlara əsasən bahalaşır

10:13 - 4.12.2019


4 dekabr, Fineko/abc.az. Neft qiymətləri çərşənbə günü ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlar üzərində artmaqdadır.

Amerika Neft İnstitutunun məlumatına görə, noyabrın 29-da başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatları 3,72 mln.barrel azalıb.

Dekabrın 3-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,10 (0,16%) azalaraq bir barelə $60,82 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,47 (0,77%) artaraq bir barelə $61 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 3-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,14 (0,25%) artaraq bir barelə $56,10 təşkil etmişdir. Onun qiyməti  saat 9:20-də $0,40 (0,71%) artaraq bir barelə $56,5 təşkil etmişdir.

 

Other news