“Azərsu” ASC-nin rəhbərliyi vətəndaş qəbulu keçirəcək

14:12 - 4.12.2019


4 dekabr, Fineko/abc.az.  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dekabrın 11-də Şirvan şəhərində Şirvan və Hacıqabuldan olan vətəndaşları, dekabrın 13-də “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı, “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov isə Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədəABC.AZ-a  “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, vətəndaşlar qəbul üçün Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Salyan və Neftçala sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Other news