330x110
 

Şəffaflaşma məsələsində son inspektor təmizlənənə qədər biz işimizi davam etdirəcəyik - Səfər Mehdiyev

06.12.2019,10:50


6 dekabr, Fineko/abc.az. Sahibkarlar bu gün ölkədə aparılan islahatlara hazır deyil və bəzən bundan geri qalırlar. Bu baxımdan biz işlərimizi daha da genişləndiririk.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Caspian European Club-un təşkil etdiyi Biznes Forumda deyib.

Səfər Mehduyev 2 il müddətində görülən işlərdən danışaraq, xeyli irəliləyişlərə nail olduğunu qeyd edib:  "Elektron məlumat sistemimizi, digər ölkələrin sisteminə inteqrasiyanı genişləndiririk. Yaşıl Dəhlizin tətbiqi ilə bağlı işlər bizi sevindirir. Bunun sayəsində gömrük əməkdaşları heç bir təmas olmadan  7 milyard manat həcmində gömrük dövriyəsi həyata keçirib. Bizim ən böyük işlərimizdən biri sərhəd keçid məntəqələrində tırların sürətli keçidini tətbiq etmək idi. Və biz bunu bacardıq və hazırda onların sürətli keçidi əvvəlki illərlə müqayisədə 2 dəfə artıb. Və ən vacib məsələlərdən biri rüşvətə qarşı mübarizə idi. Şəffaflaşma məsələsində son inspektor və məmur təmizlənənə qədər biz işimizi davam etdirəcəyik. Şəffaflaşma və kölgə iqtisadiyyatı ilə bağlı böyük işlərə nail olmuşuq. Və bu sahədə yüklərin imtiyazlardan istifadə edərək keçirilməsinin qarşısı alınıb. Bunun sayəsində 2 milyard manat ölkə büdcəsinə əlavə pul daxil olub".

Müəllif: Elmir Murad