Azərbaycan daha 3 sənəd imzalayıb – Rusiya ilə

14:59 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. Azərbaycanla Rusiya arasında 3 yeni sənəd imzalanıb.

ABC.AZ xəbər verir ki, sözügedən imzalanma dekabrın 9-da Bakıda keçirilən Azərbaycan və Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində baş tutub.

Sənədlər Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində əməkdaşlıq proqramı və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramını əhatə edir. Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.

 

Other news