Azərbaycanda Rusiya şirkətlərinin sayı artır – Şahin Mustafayev

15:10 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. Hazırda Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir.

ABC.AZ xəbər verir ki, bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycanla Rusiya arasındakı iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında Baş Nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi ilbəil artır.

Müəllif: Elmir Murad

 

Other news