Rusiyadan Azərbaycana yatırılan sərməyənin həcmi açıqlanıb – 5 milyard dollara yaxındır

15:22 - 9.12.2019


9 dekabr, Fineko/abc.az. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyulub.

ABC.AZ xəbər verir ki, bu barədə dekabrın 9-da Bakıda keçirilən Azərbaycan Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında Baş Nazirin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.

Şahin Mustafayev çıxışı zamanı Rusiya tərəfindən ölkəmizə yatırılan infestisiyanın həcmini də açıqlayıb: "Rusiya tərəfindən isə Azərbaycana 4,9 milyard dollar sərmayə yatırılıb".

Müəllif: Elmir Murad

 

Other news