Cüzi artımdan sonra neft ucuzlaşır

09:57 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Neftin qiymətləri, ötən günkü artımdan sonra çərşənbə günü azalır.

Dekabrın 10-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,09 (0,14%) artaraq bir barelə $64,34 təşkil edib. Onun qiyməti saat 9:20-də $0,39 (0,61%) azalaraq bir barelə $63,95  təşkil etmişdir.

NYMEX birjasında dekabrın 10-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,22 (0,37%) artaraq bir barelə $59,24 təşkil etmişdir. Onun qiyməti  saat 9:20-də $0,31 (0,52%) enərək bir barelə $58,93 təşkil etmişdir.

 

Other news