Nağdsız ödənişləri artırmaq üçün lotoreya keçirəcəyik- "MasterCard"-ın Azərbaycan üzrə rəhbəri

11:32 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Elektron ticarət artıq Azərbaycanda çox böyüyür. 

ABC.AZ xəbər verir ki, bunu "MasterCard"-ın Azərbaycan üzrə rəhbəri Erdem Çakar deyib.

O, qeyd edib ki, "MasterCard"-da bu böyümədə iştirak etmək istəyir və bununla bağlı bir sıra işlər planlaşdırılır. Gələcək planlardan danışan Erdem Çakar qeyd edib ki, əsas etibarı ilə Azərbaycanda nağdsız ödənişin artırılması yönündə işlər sürətləndiriləcək: "2019-cu ildə bildiyiniz kimi bir sıra yeniliklərimiz oldu. Gələn il də bu davam edəcək. 2020-ci ildə lotoreya oyunu həyata keçircəyik. Əsas məqsəd insanlara nağdsız ödənişi aşılamaqdır. Məhz lotoreya oyunu da insanlar arasında kartla ödəmələri artırmaq, nağdla ödənişi azaltmaqdır. Bununla bağlı daha ətraflı qarşıdakı zamanlarda məlumat veriləcək. Hədəfimiz isə Azərbaycanda dijital və mobil bankçılığı inkişaf etdirməkdir".

Müəllif: Elmir Murad

 

Other news