AZSIĞORTA tenderin qalibi oldu - Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq

15:22 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. Bir müddət əvvəl başlanan Mərkəzi Bankının əməkdaşlarının tibbi sığortası üzrə xidmətlərin satın alınmasına dair tender başa çatıb.

ABC.AZ xəbər verir ki, tenderin nəticələrinə görə, AMB əməkdaşlarının tibbi sığortalanması AZSIĞORTA şirkəti tərəfindən həyata keçiriləcək. Artıq tərəflər arasında tenderin şərtlərinə əsasən müqavilə imzalanıb.

Müəllif: Elmir Murad

 

Other news