Keçən günkü azalmadan sonra neft bahalaşır

09:57 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, ötən günkü xeyli azalmadan  sonra cümə axşamı günü artır.

Dekabrın 11-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,62 (0,96%) enərək bir barelə $63,72 təşkil edib. Onun qiyməti saat 9:25-də $0,27 (0,42%) artaraq bir barelə $63,99 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 11-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,48 (0,81%) enərək bir barelə $58,76 təşkil etmişdir. Onun qiyməti  saat 9:25-də $0,10 (0,17%) yüksələrək bir barelə $58,86 təşkil etmişdir.

 

Other news