Azərbaycanda neft hasilatı azalıb - 3,4 faiz

10:32 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Azərbaycanda neft hasilatı 3,4 faiz azalıb, əmtəəlik qaz istehsalı isə 27,1 faiz artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-noyabr aylarında 42,2 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft istehsalı 3,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,1 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9 faiz çoxalıb.

Müəllif: Elmir Murad

 

Other news