Mərkəzi Bank uçot dərəcəsini azaltdı – İdarə Heyəti qərar verdi

12:25 - 13.12.2019


13 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punkt azaldıb. Beləliklə də uçot dərəcəsi 7.75%-dən 7.5%-ə endirilib.

Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilib.

İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Bir sıra daxili və xarici amillərin təsirinə baxmayaraq inflyasiya gözləntiləri stabil olaraq qalır. Son meyilləri nəzərə alaraq Mərkəzi Bank  2019-cu ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih edib. Ölkənin əsas bankında hesab edirlər ki, bu, qısamüddətli dövrdə inflyasiya riskləri balansında sabitləşdirici amillərin üstünlüyünü qoruması ilə əlaqədardır. Ortamüddətli dövrə isə inflyasiya riskləri real faiz dərəcələrini pozitiv zonada saxlamağı zəruri edir. Qedy edək ki, faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

 

Other news