İlin əvvəlindən kredit qoyuluşları artıb - 16 faizdən çox

14:41 - 13.12.2019


13 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, ölkənin əsas bankının açıqladığı məlumatda həm də İdarə Heyətinin ötən iclasından keçən müddətdə monetar şəraitin yumşalmaqda davam etdiyi bildirilib. Bu da məcmu tələbin iqtisadiyyatın potensialına uyğun olaraq dəyişməsinə xidmət etdiyi qeyd olunub. Manatla pul bazasının artım tempinin yüksələrək 14%-ə çatması əsasən vahid xəzinə hesabından da istifadə edilməklə büdcə xərcləmələri ilə bağlıdır. Monetar şəraitin yumşalmasının depozit faizlərinə azaldıcı təsirlərinə baxmayaraq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26.9% artması milli valyutada yığımların cəlbediciliyini göstərir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 62.5%-dən noyabr ayında 54.1%-ə, o cümlədən, rezident fiziki şəxslər üzrə müvafiq olaraq 54.6%-dən 49.5%-ə enib. Pul siyasətinin yumşalmasının kredit aktivliyinə də müsbət təsirləri hiss olunmaqdadır. İlin əvvəlindən kredit qoyuluşları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16.1% artıb.

O cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21%, hüquqi şəxslərə kreditlər isə 11.6% artıb.

Müəllif: Elmir Murad

 

Other news