15:03 - 13.12.2019
13 dekabr, Fineko/abc.az. Mərkəzi Bank Azərbaycandakı iqtisadi aktivlik və onun tempi barədə məlumat yayıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, iqtisadi artım tempinin yüksəlməsi prosesi davam edir.
Rəsmi statistikaya görə cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 3.6% olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 15.7%, kənd təsərrüfatında 7.3% artım müşahidə olunub. Daxili tələbin genişlənməsinin əsas faktorları dövlətin sosial xərclərinin artması və kredit aktivliyinin tədricən yüksəlməsidir. Sosial yönümlü fiskal stimulların genişlənməsi şəraitində əhalinin nominal gəlirləri 10 ayda ötən ilin eyni dövrünə nəzərən 6.9% artıb ki, bu da illik inflyasiyanı əhəmiyyətli üstələyir. Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirib. Əlverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiti qorumağa imkan verir.
Müəllif: Elmir Murad
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
16 April 2024
15 April 2024
15 April 2024
15 April 2024
15 April 2024
15 April 2024