Keçən həftəki yüksəlişdən sonra neftin qiymətləri azalır

09:51 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. Əvvəlki sessiyanın nəticələrinə görə sıçrayışdan sonra bazar ertəsi səhər neftin qiyməti aşağı düşür.

Dekabrın 13-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $1,02 (1,59%) artaraq bir barelə $65,22 təşkil edib. Onun qiyməti saat 9:15-də $0,22 (0,34%) enərək bir barelə $65,00 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,89 (1,5%) artaraq bir barelə $60,07 təşkil etmişdir. Onun qiyməti  saat 9:15-də $0,23 (0,38%) enərək bir barelə $59,84  təşkil etmişdir.

 

Other news