Azərbaycan daha bir ölkəyə ixraca başlayır – Bu dəfə fındıq satacaq

10:12 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. Yanvarda Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 200 min dollarlıq fındıq ixrac edəcək.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, Dubay şəhərində təşkil olunmuş ixrac missiyası qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib.

Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın "Azhazelnut" və BƏƏ-nin distribüter şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.

"AzərsunHoldinq" və "Gilan FMCG" şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, "İdea" şirkəti isə Əbu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (showroom) açılması barədə ilkin razılıq əldə ediblər. İxrac missiyası çərçivəsində "Ecodry", "AHEC", "Az-Granata", "Brightman BMC", "BakuKonserv", "Salam Travel", "Novus E.R.A." və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.

Müəllif: Elmir Murad

 

 

Other news