Azərbaycanda kredit kartlarının sayı azalıb – 5 min ədəd

15:26 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. Azərbaycanda kredit kartlarının sayı azalıb.

ABC.AZ Mərkəzi Banka(AMB) istinadən xəbər verir ki, 2019-cu ilin 10 ayı ərzində ölkədə olan kredit kartlarının sayı 758 min olub.

Son bir ayda kredit kartlarının sayı 5 min ədəd və ya 0,63% azalıb.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə isə kredit kartlarının sayında 115 min və ya 13,17% azalma var.

Müəlif: Elmir Murad

 

Other news