Bazarlardakı mağaza sahibləri tələb etməlidir ki, ərazi təhlükəsizlik qaydalarına uyğunlaşdırılsın - Ekspert

15:55 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. Son zamanlar Bakıda yerləşən böyük bazarlarda baş verən yanğınlar göstərdi ki, sahibkarlar arasında sığortanın vacibliyinin aşılanmasına böytük ehtiyac var.

Belə ki, bazarın özünün sığortası olsa da, ayrı-ayrı mağaza işlədən sahibkarlar mallarını sığortalamağa tələsmirlər.

Bəs bazarlarda işləyən sahibkarlar mallarını sığortalamağa meyilləndirmək üçün hansı addımlar atılmalıdır?

Bu sualla sığorta mütəxəssisi Xəyal Məmmədxanlıya müraciət etdik.

Ekspert ABC.AZ-a məsələ ilə bağlı bildirdi ki, bunun tək yolu var, o da rəsmi və şəffaf, o cümlədən hüquq çərçivəsində qanuni fəaliyyətdir. X. Məmmədxanlının fikrincə, öncə burdan başlamaq lazımdır. “İkinci olaraq bazarlarda işləyənlər sahibkarlardan tələb etməlidirlər ki, onların çalışdıqları ərazi yanğın və texniki təhlükəsizlik qaydalarına uyğunlaşdırılsın” deyə ekspert vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvək Bakı-Sumqayıt yolundakı “Eurohome” mağazası yanıb. Ondan bir neçə gün sonra isə Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olub.

Müəllif: Elmir Murad

 

 

Other news