Bu gün Masazır qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq

11:14 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Bakının Abşeron rayonunun  Masazır qəsəbəsində bu gün elektrik enerjisinin verilişində fasilələr olacaq.

“Azərişıq” MMC-nin məlumatında deyildiyi kimi, Masazır yarımstansiyasından qidalanacaq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq dekabrın 22-də saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

Other news