330x110
 

Unibank-da yeni təyinat - İqor Okayev İdarə heyəti sədrinin 1-ci müavini oldu

29.12.2019,11:10


29 dekabr, Fineko/abc.az. Unibank rəhbərliyində yeni təyinat olub.

ABC.AZ xəbər verir ki, yeni təyinat qərarı səhmdarların növbədənkənar Ümumi Yığıncağında verilib.

Belə ki, bankın İdarə heyətinin üzvü, İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini İqor Okayev Unibank İdarə heyəti sədrinin 1-ci müavini təyin edilib.

Qeyd edək ki, İqor Okayev bank karyerasına 2006-cı ildən “Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İqor Okayevin kurasiyasındadır.

Müəllif: Elmir Murad