Neft bahalaşmaqda davam edir

10:20 - 30.12.2019


30 dekabr, Fineko/abc.az. Sentyabr ayının ortalarından cümə günü yüksəlişdən sonra neftin qiymətləri bazar ertəsi günü yüksəlməyə davam edir.

Dekabrın 27-də Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi  $0,24 (0,35%) artaraq bir barelə $68,16 təşkil etmişdir. Londonun ISE Futures birjasında Brent-in fevral fyuçersləri saat 9:15-də $0,19 (0,28%) artaraq bir barelə $68,35 təşkil etmişdir.

Dekabrın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasının bağlanışında “WTI” markalı neftin fevral fyuçersi $0,04 (0,06%) artaraq bir barelə $61,72 təşkil edib. WTI maraklı neftin fyuçers qiyməti saat 9:15-də $0,05 (0,08%) artaraq bir barelə $61,77 təşkil etmişdir.

Ötən həftə Brent 3,1%, WTI - 2,1% bahalaşıb, qiymətlərin qalxması dörd həftə ardıcıl olaraq qeyd olunub.

ABŞ-Çin ticarət danışıqlarında müsbət dinamika və OPEC+ ölkələri tərəfindən hasilatın əlavə məhdudlaşdırılması haqqında Sazişin bağlanması sayəsində neftin qiyməti 2019-cu ili, 2016-cı ildən maksimum artımla başa çatdırıla bilər.

 

Other news