Gələn il iqtisadi artım tempi daha da yüksələcək - Mərkəzi Bank

12:50 - 30.12.2019


30 dekabr, Fineko/abc.az. 2020-ci ildə ölkədə iqtisadi artım tempinin 2019-cu illə müqayisədə yüksələcəyi proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Sözügedən bəyanatda qeyd olunur ki, rəsmi proqnozlara görə, 2020-ci ildə real iqtisadi artım tempinin 3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 3,8 faiz olacağı gözlənilir.

Həyata keçirilən islahatlar iqtisadi potensialın əsas amilləri olan əmək və kapitalın məhsuldarlığının artmasını, habelə yeni texnologiyaların tətbiqini stimullaşdırmalıdır. 2020-ci ildə də dövlət tələbi iqtisadi artımın mühüm amillərindən biri olaraq qalacaq. Büdcədə neftin qiymətinin ötən illə müqayisədə daha konservativ (55 dollar) götürülməsi perspektiv üçün fiskal dayanıqlılığı dəstəkləyən amildir. 2020-ci il üzrə dövlət büdcəsinin hazırlanması zamanı fiskal qaydaya edilmiş yeniliklər iqtisadi artıma fiskal stimulların gücləndirilməsi məqsədini daşıyır.

Müəllif: Elmir Murad

 

Other news