Daşınmaz əmlakın sığortasının icrabiliyi aradan qaldırılmalıdır – Samir Əliyev

16:18 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Mənzillərin icbari sığortası ilə bağlı yaranmış bəzi narazılıqlara iqtisadçı-ekspert Samir Əliyev münasibət bildirib.

ABC.AZ xəbər verir ki, ekspert qeyd edib ki, bu qərarın vətəndaşların Konstitusiya hüququnu pozmasını və cərimə mexaizminin işləməyəcəyini qeyd etsək də, buna rəğmən qanun mülkiyyətçi qarşısında öhdəlik qoyub ki evini mütləq sığortamalıdır: “Əks halda cərimə olunacaq. Proseslərdən məlumatsız insanlar nə edəcəklərini bilmirlər. Sığorta şirkətləri camaatı psixoloji basqı altında saxlayırlar. Biz əlbəttə evlərin sığortasının məsləhətə olduğunu bildiririk, ancaq bunun könüllü olmasını da qeyd edirik. Mərkəzi Bank bu məsələyə təcili müdaxilə etməlidir. Sığorta şirkətlərini fəaliyyəti artıq bu quruma tapşırılıb. Yeni parlament fəaliyyətə başlayana qədər proses dondurulmalıdır. Daha sonra daşınmaz əmlakın sığortasının icrabiliyi aradan qaldırılmalıdır”.

Müəllif: Elmir Murad

 

Other news