Dollar bahalaşır – Gözlər Vaşinqton və Tehrandadır

11:32 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. ABŞ və İran arasındakı siyasi və hərbi gərginlik neftin qiyməti ilə yanaşı, dolları da bahalaşdırıb.

Belə ki, bir müddət əvvəl ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi tərəflər arasındakı əzəli gərginliyi daha da qızışdırdı.

ABC.AZ xəbər verir ki, sözügedən hadisədən sonra hər iki ölkənin bir-birinin ünvanına çox ciddi ittihamlar səsləndirməsi dünya maliyyə bazarlarında da aktivliyi artırıb. Sadalanan hadisələr, ABŞ və İran arasında müharibə ehtimallarının artması dünya birjalarında qızıl və dolları da bahalaşdırır.

Mütəxəssislər hesab edir ki, tərəflərin müharibə bəyanatları və ona bənzər çağırışları hər ötən saat dolların qiymətini daha da artırmış olacaq. Məhz bu baxımdan hazırda dünya maliyyə nəhənglərinin gözü ABŞ və İran hökümətinə köklənib. Belə ki, rəsmi Vaşinqton və Tehranın verəcəyi beyanatlar investorların diqqət mərkəzindədir.

Müəllif: Elmir Murad

 

Other news