“Peşəkar Sığortaçı Sertifikasiyası” imtahanına qeydiyyat başladı!

16:03 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Sığorta şirkətlərinin əməkdaşları, karyerasını sığorta sahəsində qurmaq istəyən şəxslər, fərdi sığorta agentləri və həmçinin sığorta sahəsinə marağı olan tələbələr üçün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) imtahanlarını təşkil edir. ARPA sığorta sahəsində Azərbaycan dilində ilk sertifikasiya proqramı olan PSS-in 2020-ci il üzrə təşkili nəzərdə tutulan imtahanlarına qeydiyyat prosesinə başlamışdır.

Həmçinin əvvəlki illərdən fərqli olaraq, 2020-ci ildə PSS-in mövcud “Sığorta işinin əsasları” imtahanına əlavə olaraq, iki yeni sertifikasiya səviyyəsi – “Həyat sığortasının əsasları” və “İcbari sığorta qanunvericiliyi” üzrə imtahanlar təşkil olunacaqdır.

İmtahan üçün qeydiyyatı ARPA-nın veb-səhifəsi (www.arpa.org.az) vasitəsilə həyata keçirə bilərsiniz. Həmçinin imtahan proqramı, tədris materialları, imtahan qiyməti və tarixləri haqqında ətraflı məlumatı da bu səhifədən əldə etmək mümkündür.

Qeyd etmək lazımdır ki, PSS imtahanlarının keçirilməsi ARPA ilə sığorta və maliyyə xidmətləri sahəsində dünyanın ən böyük peşəkar qurumlarından olan İmtiyazlı Sığorta İnstitutu (CII) arasında əməkdaşlıq əlaqələrinin nəticəsində mümkün olmuşdur. ARPA CII-in lisenziyalı regional imtahan mərkəzidir və PSS tədris proqramını CII-ın tədris vəsaitləri əsasında hazırlamışdır.

 

Əlaqələndirici şəxs: Gülnar Hüseyn

Tel: +99412 505 00 56; +99455 202 93 43

Email: [email protected]

 

Other news