Fermerlər üçün yenilik – Subsidiyaları özləri də hesablaya biləcək

16:06 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Yeni subsidiya qaydalarına əsasən, fermerlər 6 subsidiya növünü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən ala biləcəklər.

ABC.AZ xəbər verir ki, ilk növbədə verilməsi nəzərdə tutulan əkin və heyvan subsidiyaları üzrə bölmələr www.eagro.az portalında Subsidiya İnformasiya Sistemində fermerin şəxsi kabinetində yerləşdirilib.

Bununla yanaşı bütün subsidiya növləri üzrə fermerlərə veriləcək vəsaitin məbləği artıq müəyyənləşdirilib. Yeni qaydaya uyğun olaraq, Aqrar Subsidiya Şurası yanvarın 15-dək subsidiya verilməli olan bitkiçilik məhsulları, onlara düşən subsidiyaların əmsal və məbləğlərini açıqlayacaq. Elektron şəxsi kabinetində subsidiya üçün müraciət dolduran hər bir fermer ona düşəcək subsidiyanı müraciəti təsdiqləmədən əvvəl kabinetdəki kalkulyatorla hesablaya biləcək.

Qeyd edək ki, hazırda EKTİS-də 450 000-dək fermer qeydiyyatdan keçib. Bu qaydaya görə, fermerlərə əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyalarının EKTİS üzərindən veriləcək. 

Müəllif: Elmir Murad

 

Other news