"Silk Way Business Aviation" yenidən təşkil olunur - Daha bir şirkət ona qoşulur

17:03 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Azərbaycanda iki şirkət birləşərək yenidən təşkil olunub.

ABC.AZ “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bunlar “Silk Way Holding” MMC-yə daxil olan “ASG Servis” MMC (VÖEN 1202440791) və " Silk Way Business Aviation" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Belə ki, “ASG Servis” MMC " Silk Way Business Aviation" MMC-yə (VÖEN: 1401135911) qoşularaq ləğv olunduğunu bildirib.

“ASG Servis” MMC-nin kreditorları öz tələbləri ilə 2 ay müddətində Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Karqo Terminal Binası ünvanına bildirə bilərlər.

Müəllif: Elmir Murad

 

Other news